• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı nəqliyyatında yeniliklər – nələr olacaq?

Bakı nəqliyyatında yeniliklər – nələr olacaq?
28.08.2018 15:43
Paytaxtda bəzi sərnişindaşıma marşrutları, həmçinin Bakı Metropoliteni gediş haqqının kartla ödənilməsi sisteminə keçsə də, günün pik saatlarında "BakıKart" ödəniş terminallarının qarşısında növbə yaranır.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bir sıra xarici ölkələrdə bu problemin həlli üçün ictimai nəqliyyatda müxtəlif ödəniş sistemləri tətbiq olunub. Məsələn, ödəniş mobil telefonlardan SMS göndərməklə, nəqliyyat kartının balansını onlayn doldurmaqla həyata keçirilir.

Xatırladaq ki, 2010-cu ildə Bakı metrosunda oxşar sistemlərdən biri tətbiq olunmuşdu. Belə ki, sözügedən sistemdən "Azercell" simsiz rabitə operatorunun abonentləri istifadə edə bilirdi.

Bunun üçün "Azercell" şəbəkəsinin abonentləri bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə isə 9905 nömrələrinə boş SMS göndərməli idilər. SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olurdu və bundan sonra ştrix-kod istifadə üçün aktivləşirdi.

Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gediş haqqını ödəyirdi.

İlk olaraq metronun "Elmlər Akademiyası” stansiyasının turniketlərində quraşdırılan hesablayıcı qurğu bir müddət sonra digər metro stansiyalarda da tətbiq olunmalı idi, lakin sistemin fəaliyyəti qısa zamanda dayandırıldı.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, həmin ödəniş sistemindən istifadə edənlərin sayı gözləntilərdən az olduğuna görə onun fəaliyyəti çox çəkmədi.

B.Məmmədov onu da qeyd edib ki, bu kimi yeni layihələr həyata keçirmək üçün şirkətlərdən də qarşılıqlı olaraq təkliflər irəli sürülməlidir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə alternativ ödəniş sistemləri ilə bağlı layihələr barədə danışmağın hələ tez olduğunu deyib:

"Ödəniş sistemi ilə bağlı hazırda Agentlik olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri kart vasitəsilə nağdsız ödəniş sisteminin əhatə dairəsini genişləndirməkdir. Çünki bu gün mövcud marşrut şəbəkəsinin çox az qismində - təqribən 20%-də nağdsız ödəniş həyata keçirilir”.

M.Ağayev qeyd edib ki, hazırkı kart sistemi avtobuslarda tam tətbiq olunduqdan sonra BNA başqa yeniliklərə doğru addım ata bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol