• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” nə etməyə çalışır? – Hər abonentə fantastik cərimə

“Azəriqaz” nə etməyə çalışır? – Hər abonentə fantastik cərimə
28.05.2020 23:01
Son günlər bölgələrdə və paytaxtda sakinlər arasında narazılıq yaradan əsas məsələ Azəriqaz İstehsalat Birliyinin tətbiq etdiyi cərimələrdir. Sakinlər bu cərimələrin onlara sayğaca müdaxilə iddiası ilə tətbiq edildiyini bildirsələr də, heç bir halda belə bir qanunsuzluğa yol vermədiklərini deyirlər. Bu etirazların ölkə mediasında və sosial şəbəkələrdə yayılması sakinlərin heç də haqsız olmadığını deməyə əsas verir.

İşin qəribə tərəfi budur ki, "Azəriqaz” sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və yalnız bundan sonra müdaxilə edilməsini əsas gətirərək cərimə yazır.

Məsələ ilə bağlı dəfələrlə mətbuatda və sosial şəbəkələrdə şikayətlər dərc olunub. Unikal.org-un yaydığı məlumata görə, bu yaxınlarda Azəriqaz İstehsalat Birliyi Xırdalan şəhərində 20 min abonentə 400-450 manat arasında cərimə yazıb. Sakinlərə isə cərimə aktlarının hansı səbəbdən tərtib edildiyi haqqında məlumat verilməyib. Azəriqaz İstehsalat Birliyinin qeyri-qanuni bu addımı sakinlərin kütləvi narazılığına səbəb olub.

Bəzi sakinlərə tətbiq edilmiş cərimələr daha astronomikdir. Məsələn, şikayətçi Rəşid Ağakişiyev "Azəriqaz”ın sayğaca müdaxilə iddiası ilə ona 1768 manat cərimə yazdığını bildirib. O, digər abonentlər kimi sayğaca heç bir müdaxilə etmədiyini deyib və cərimənin əssassız olduğunu bildirib.

Redaksiyamıza şikayət edən başqa bir paytaxt sakini Elnur Niftəliyev də "Azəriqaz”ın "cərimə oyunu” ilə üzləşib. Belə ki, "Azəriqaz” əməkdaşları sayğacın üzərindəki kiçik "yanıq ləkəsinə” görə onu dəyişməli olduqlarını bildiriblər. Lakin quraşdırdıqları yeni sayğac işləməyib. "Azəriqaz” bu yanlışını da abonentin boynuna yıxmaq üçün həm əvvəlki sayğaca, həm də yeni quraşdırılana müdaxilə edildiyini iddia edərək, 1944 manat cərimə yazıb. Abonent deyir ki, kiminsə qaz sayğacını yandırmağa və ya bu yolla müdaxilə etməyə çalışması iddiası gülüncdür, çünki bu, çox təhlükəlidir.

Sosial şəbəkələrdə onlarla belə şikayətə rast gəlmək mümkündür.

Məsələ ilə bağlı danışan millət vəkili Fazil Mustafa bu problemin məhkəmə yolu ilə həll edilməsinin qanunauyğun olduğunu bildirib:

"Azəriqaz”la bağlı şikayət varsa, bu, məhkəmə yolu ilə həll edilməlidir. Belə olan halda vətəndaş məhkəməyə müraciət edərək, öz haqqını tələb etməlidir. Şikayətlər, müraciətlər əsasında problemə baxılmalıdır. Əgər həqiqətən "Azəriqaz” yanlışlığa yol verib, əsassız cərimələr yazıbsa, buna qarşı çox ciddi tənbeh tədbirləri görülməlidir”.

Baş vermiş problemlə əlaqədar Axar.az-a açıqlama verən Azəriqaz İB-in mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, sayğacda hər hansı bir nasazlıq baş verdikdə "Azəriqaz”ın əməkdaşları müraciət əsasında həmin sayğacı yenisi ilə əvəzləyirlər:

"Müddətdən asılı olaraq problemli sayğac araşdırılmaq üçün laboratoriyaya göndərilir və rəy gələnə qədər vətəndaşın qazsız qalmaması üçün yeni sayğac quraşdırılır. Laboratoriyadan verilən rəyə əsasən, tədbir görülür. Həmin müddətdə köhnə sayğacın əvəzinə yenisi qoyulur və sakinlər ASAN Xidmət vasitəsilə kart əldə edirlər.

Yeni sayğaclarda adətən problem olmur. Bu günə qədər tək-tük hallarda belə hadisə baş verib. Əgər yeni sayğacda problem yaranarsa, laboratoriyada araşdırılır. Rəydə sayğacın qüsurlu olması göstərilsə, abonentdən sayğacın və yaxud da itirilmiş qazın dəyəri tələb olunmur. Əksinə, laboratoriya rəy versə ki, müdaxilə nəticəsində sayğacda qüsur baş verib, onda itirilmiş qazın və sayğacın dəyəri abonentdən tələb olunur.

Hər hansı bir vətəndaş cərimə deyil, itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı bildiriş alırsa, təbii ki, "Azəriqaz”ın idarəetmə aparatına müraciət edə bilər. Bundan sonra həmin şikayət Azəriqaz İB-nin işçi qrupu tərəfindən araşdırılır və müvafiq cavab verilir”.

Qeyd edək ki, sayğaca müdaxilə iddiası ilə yazılan cərimələr də diqqəti cəlb edir. Belə ki, "Azəriqaz” əməkdaşları buvaxtadək normal işləyən və kart vasitəsilə vaxtlı-vaxtında ödəniş edilən sayğacı "müdaxilə olunub” adı ilə dəyişərkən, hansı əsasla faktastik cərimə təyin etdiklərini də aydınlaşdırmırlar.

Nəticədə yüzlərlə vətəndaş qaz təminatından haqsız olaraq məhrum edilməklə bərabər, həm də məhkəmə yollarında qalırlar ki. bu da ciddi narazılıq yaradır.

Mövzunu davam etdirəcəyik.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol