DEG dinamik inkişaf edən “Bank Respublika”ya dəstək verdi

Almaniyanın
İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) "Bank Respublika”nın nizamnamə
kapitalında olan payını 16,6% -ə çatdırdı. Bank, səhmdar kapitalında yuxarıda
qeyd edilən paya 6 milyon manat məbləğində səhmlərin planlı şəkildə yerləşdirilməsi
sayəsində nail olmuşdur. Nəticədə Bankın nizamnamə kapitalı 73,5 milyon manatadək
artıb.
Nizamnamə
kapitalının artırılması bankın maliyyə bazarındakı mövqeyinin gücləndirilməsinə
yönəldilmiş strategiya çərçivəsində həyata keçirilib, bu isə, Banka müştərilərin
maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamağa, kiçik və orta biznesi
maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyini daha da möhkəmləndirməyə şərait
yaradacaq
"Kapitalın xarici
səhmdar tərəfindən artırılması həm Banka, həm də ölkənin bütün maliyyə bazarına
dəstək və etimadın göstəricisidir və bu bizə inkişaf strategiyamızın uğurla həyata
keçirilməsini davam etdirməyə imkan verəcək. Əlavə kapitallaşma "Bank
Respublika”nın bazarda güclü iştirakını təsdiqləyərək, bank sektorunun liderləri
sırasında mövqeyini etibarlı şəkildə möhkəmləndirir. " – deyə Bankın
Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























