• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku” və Bakcell “Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri müəyyən edildi

“Bank of Baku” və Bakcell “Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri müəyyən edildi
29.08.2018 15:57
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkətinin ölkənin aparıcı banklarından olan "Bank of Baku” ilə birgə keçirdiyi stimullaşdırıcı tirajlı lotereyanın qalibləri müəyyən edildi.

Lotereyanın əsas qalibləri 27 avqust 2018-ci il tarixində ölkənin aparıcı media agentliklərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tiraj zamanı avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən edilib. Belə ki, "Bakcell” abunəçisi olan "Bank of Baku” müştərisi Kamran Şamiyev uduş fondunun əsas hədiyyəsi olan Dubaya 1 nəfərlik səyahət qazandı. Uduş paketinə viza, Bakı-Dubay-Bakı istiqaməti üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün qalmaq haqqı, hava limanından otelə və oteldən hava limanına transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi Yamən Fərzəliyeva isə "iPhone” mobil telefonuna sahib oldu. Tirajı keçirən Bakcell və Bank of Baku əməkdaşları lotereyanın əsas qalibləri ilə dərhal telefon əlaqəsi yaradıb onlara şad xəbəri bildirərək öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, 18 may-18 avqust 2018-ci il tarixləri arasında keçirilmiş lotereyanın bütün iştirakçıları yani "Bank of Baku”nun xidmətlərindən faydalanan minlərlə "Bakcell” abunəçisi mobil operatordan bol-bol dəqiqələr, pulsuz internet paketləri və "Bank of Baku”dan xüsusi endirimlər qazandılar.

Bu günə kimi Bakcell abunəçilərinin 2.9 milyon nəfəri "Ulduzum” loyallıq proqramının təqdim etdiyi 250-dən artıq biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün bu proqrama qoşulub. "Ulduzum” loyallıq proqramı "Bakcell” abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Hər bir Bakcell müştərisi "Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün "1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin, proqramdan istifadəni daha da rahat etmək üçün yaradılmış "Ulduzum” mobil əlavəsi iOS və Android platformalarında çalışan cihazlar üçün www.ulduzum.az saytından yüklənilə bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol