Problemli kreditlər artmaqda davam edir

Cari ilin avqust ayının 1-nə ölkədə fəaliyyət göstərən banklar tərəfindən 12 170.7 mln. manat kredit verilib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, 1 782.1 mln. manat kreditin vaxtı keçib.
Banklar 7501.2 mln. manat milli valyutada, 4669.5 mln. manat ekvivalentində xarici valyutada kredit veriblər.
Manatla kreditlər üzrə vaxtıkeçmiş kreditlərin həcmi 845.5 mln. manat, xarici valyutada kreditlər üzrə isə bu rəqəm 936.6 mln. manat olub.
Ümumilikdə, ilin əvvəlindən cəmi kreditlər üzrə vaxtıkeçmiş kreditlərin həcmi 86.2 mln. manat - 9,55% artıb.
Manatla kreditlərdə vaxtıkeçmiş kreditlərin həcmi yeddi ayda 38.6 mln. manat, xarici valyuta üzrə kreditlərdə vaxtıkeçmiş kreditlərin həcmi 47.6 mln. manat artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























