• $
  • €
  • ₽
  • ₺
  • £

Qaz cəriməsi necə yazılır və sayğac niyə bloklanır? – Rəsmi

Qaz cəriməsi necə yazılır və sayğac niyə bloklanır? – Rəsmi
03.09.2018 18:46
Azəriqaz İstehsalat Birliyinin son günlər bölgələrdə və paytaxtda vətəndaşları sayğaca müdaxilə iddiası ilə cərimələməsi və abonentlərə təbii qazın verilişini dayandırması onları çıxılmaz vəziyyətə salıb. Çünki ölkədə sakinlərin təbii qaz ehtiyacını qarşılayan əlavə qurum yoxdur.

Məsələ ilə bağlı "Azəriqaz”dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sayğac dəyişdirilərkən onun çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilir və bunun bir nüsxəsi mənzilin sahibinə təqdim olunur. Bundan sonra isə sayğac dövlət yoxlamasına göndərilir:

"İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyasının rəyinə əsasən, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq, itirilmiş təbii qazın dəyərinin hesablanması üçün komissiyası tərəfindən hesabat aparılır. Rəyə əsasən, hesablanmış məbləğ abonent tərəfindən ödənilmədikdə smart payment kartı blok statusuna keçirilir. Məhkəməyə müraciət olunduğu təqdirdə isə məhkəmə qərardadını ASAN Kommunal mərkəzinə təqdim etdikdən sonra məhkəmə prossesi başa çatana qədər mənzilin qaz təchizatı təmin edilir”.

Qeyd edək ki, son günlərdə Azəriqaz İstehsalat Birliyini sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və sonra müdaxilə edilməsini əsas gətirərək bir sıra abonentə yüksək məbləğdə cərimə yazıb. Sayğaca heç bir müdaxilə etmədiklərini deyən vətəndaşlar qurumun bu addımını əsassız adlandırıb və məhkəməyə müraciət ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol