• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan müasir sürət qatarları alır - VİDEO

Azərbaycan müasir sürət qatarları alır - VİDEO
05.09.2018 10:10
Azərbaycan yeni qatarlar alır.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Fransanın Belfort şəhərində şirkətin "Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin və Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda ilk yük lokomotivi olan Prima T8-in (AZ8A) təqdimat mərasimi olub.

Bundan sonra iki sistemli sərnişin lokomotivinin dəmir yolunun Puta-Qaradağ mənzilində saatda 159 km sürətlə uğurlu sınaq yürüşü keçirilib. Bu, sürət dəmir yolunun tarixində bir ilkdir. Son nəticədə beynəlxalq standartlara uyğun sərnişin daşıma xidmətinin həyat keçirilməsi təmin ediləcək və sərnişinlər mənzil başına daha tez və təhlükəsiz şəraitdə çatacaq.

Qeyd edək ki, bu lokomotivlər Şərq – Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal – Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək. AZ4A sərnişin lokomotivi operatorları sərnişin və yük xidmətləri üçün nəzərdə tutulmuş ən münasib həllərlə təmin etmək üçün layihələndirilmiş "Alstom” Prima modulyar platformasına əsaslanır.

Tətbiqat növləri baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Prima AZ4A texniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişin xidmətində 160 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır.

AZ4A Azərbaycan Dəmir Yollarının texniki tələblərinə əsaslanaraq, QOST standart və spesifikasiyalarına riayət edilməklə işlənib-hazırlanmış Prima M4 lokomotividir. Lokomotiv "Alstom” texnologiyasına əsaslanan ən qabaqcıl dartı sisteminə malik olub, minimal texniki xidmət tələb edir və öz modulyar dizaynına görə, yüksək etibarlılıq və aşağı istismar xərcləri təmin edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol