Bu Azərbaycan əyaləti iki hissəyə bölünür

Güney Azərbaycanın Ərdəbil əyaləti iki hissəyə bölünə bilər.
Axar.az xəbər verir ki, bu barədə təklif Güney Azərbaycanın Meşginşəhr, Parsabad, Germi, Biləsuvar, Əhər, Heris, Kəleybər, Xudaafərin, Horand şəhərlərinin millət vəkilləri tərəfindən imzalanıb və İran İslam Respublikasının Məsləhət Şurasının Rəyasət Heyətinə yazılı şəkildə göndərilib. Təklifə əsasən, yeni yaradılacaq əyalətin adı "Şimali Azərbaycan” adlanacaq.
Əyalətin bölünməsinə səbəb kimi, adı çəkilən şəhərlərin idarəçiliyində olan nöqsanlar və onların aradan qaldırılması göstərilir.
Mütəxəssislərin fikrincə isə bu, Güney Azərbaycanı parçalamaq və millətin assimiliyasiyasını sürətləndirməkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























