Nazirlik qərar verdi: bu xəstəliklərin müalicəsi üçün...

Səhiyyə Nazirliyi "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib.
Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na 2 yeni dərman adı əlavə edilib. Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%).
Bu əlavələr edildikdən sonra siyahıdakı dərman adlarının sayı 103-ə çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























