Gömrükdə siqaret əməliyyatı

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070” markalı avtomobil "Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan Oxu.Az-a verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Yoxlama nəticəsində avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd "Marlboro” markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























