• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank təqaüdçülər üçün növbəti təlim keçirib

Kapital Bank təqaüdçülər üçün növbəti təlim keçirib
11.09.2018 10:01
Xəbər verdiyimiz kimi, Kapital Bank-ın dəstəyi və "Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Yaşa” təqaüdçülər mərkəzi fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir.

Ötən həftə təqaüdçülər üçün növbəti maliyyə savadlığı tədbirləri keçirilib. Mərkəzə gələn bir sıra təqaüdçüyə Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov tərəfindən "Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

Qeyd edək ki, "Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzin hazırda 300-dən artıq aktiv üzvü vardır. Hər dəfə müxtəlif mövzularda keçirilən təlimlərdə 40-50 nəfər iştirak edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol