• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda borcu olan məscidlərin qazı kəsildi? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda borcu olan məscidlərin qazı kəsildi? - RƏSMİ AÇIQLAMA
14.09.2018 16:30
Xəbər verdiyimiz kimi, 1 yanvar 2017-ci il tarixindən Azərbaycanda əhali və qeyri-əhali üzrə təbii qazdan istifadəyə görə limit tətbiq olunub. Limit təbiq olunan obyektlər arasında Azərbaycanda fəaliyyət göstərən məscidlər də var. Belə ki, "Azəriqaz” tərəfindən məscidlərə il ərzində 5 min kub/metr təbii qazdan istifadə limiti tətbiq olunub.

Unikal.org-a daxil olan məlumata görə, Azərbaycanda təbii qazdan istifadə limitini keçən bəzi məscidlərin qaz borcu ödənilmədiyinə görə, qaz təchizatı dayandırılıb və bəzilərinə isə xəbərdarlıq edilib. Bunun üçün məsciddə axund və ya imamları qaz borclarını ödəmək üçün iaənələr yığmağa başlayıb və dindarlara müraciət də ünvanlayıblar.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Unikal.org-a açıqlamasında bildirib ki, bu ilin yanvar-avqust ayları üzrə Dini Qurumlarla İş Üzrə  Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsindən qeydiyatdan keçən 512 məscid və dini məbədlər qazla təchiz olunub.

İ.Kərbəlayev xatırladıb ki, "Azəriqaz” tərəfindən məscidlərə il ərzində 5 min kub/metr təbii qazdan istifadə limiti tətbiq olunub: "İstifadə limiti keçən və qaza görə borcu olan hər hansı bir məscidin rəhbərliyi nə məhkəməyə verilib, nə də qaz təchizatı dayandırılıb. Əgər hansısa məscidin qaz borcuna görə, qaz təchizatı dayandırılıbsa, sözügedən dini məbədə rəhbərlik edən müvafiq şəxs və yaxud şəxslər "Azəriqaz”a müraciət edə bilərlər. Məsələyə dərahal reaksiya veriləcək”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol