• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir

Bakcell “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir
14.09.2018 15:23
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə "ASAN Könüllüləri” təşkilatının "ASAN Məktub” təşəbbüsünə qatılıb.

Layihə çərçivəsində Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə təşəbbüsü olan "Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub. "Bilik Günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar, www.asanmektub.az saytında öz arzularını yerləşdirmiş uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə, Bakcell nümayəndələri və ASAN Könüllülərin iştiraki ilə xüsusi tədbir təşkil edilib və aztəminatlı ailələrdən olan 50-dən çox 1-9 sinif şagirdinə məktəb çantası və ləvazimatları hədiyyə olaraq verilib.

"ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Bakcell şirkəti artıq 2 ildən çoxdur ki, bu layihəyə dəstək göstərir. Bu müddət ərzində "Bakcell”in dəstəyi ilə Bakı və Azərbaycanın bölgələrində (Lahic, Qəbələ, Şirvan, Neftçala) 500-ə yaxın uşağın arzusu gerçəkləşdirilib. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən reallaşdırılır. Layihənin mobil rabitə dəstəyi isə Bakcell şirkəti tərəfindən təmin edilir.

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün davamlı şəkildə "ASAN Məktub” layihəsi və bu sahədə həyata keçirilən digər təşəbbüslərə dəstək göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol