• $
  • €
  • ₽
  • ₺
  • £

Toyuğun ağ ətini sevməyənlər bu xəbəri oxusun

Toyuğun ağ ətini sevməyənlər bu xəbəri oxusun
29.05.2020 01:35

Qaraciyərinizi qorumaq üçün toyuq ətini qidarasionunuzda bol edin! Alimlərin yeni araşdırmaları bunun vacib olduğunutəsdiqləyir.

Toyuq ətinin qırmızı ətdən (mal, qoyun və digər) üstün olduğunu alimlər əvvəlki araşdırmalarında da təsdiq edib. Lakin Amerikalı ekspertlərin son araşdırmaları bunu birmənalı təsdiqləyib. Qırmızı ətin toksiki tərkibi və səhhətə zərərli piyi xərçəng, hipertoniya və iflic kimi təhlükələrlə qarşılaşmaq riskini artırdığı məlum idi. Yeni araşdırma isə sübut edir ki, toyuğun ağ əti (filesi) qaraciyər xərçəngi (hepatosellülar karsinoma) riskini 31 faizədək azaldır. Alimlər 1956-cı ildən 2013-cü ilədək aparılmış araşdırmaları təhlil edərək bu nəticəyə gəliblər. Qırmızı ətdə yağ və dəmirin yüksək həcmi qaraciyər xərçənginin yaranmasına təsir edir. Yeni araşdırma toyuq ətinin balıq ətindən də faydalı olduğunu təsdiqləyir. Balıq əti yeyənlərin qara ciyər xərçəngi xəstəliyi ilə diaqnoz olunma riski qırmızı ət yeyənlərdən 22 faiz aşağıdır. Halbuki mütəmadi toyuq əti yeyənlər üçün bu risk 31 faiz azalır. “Alimentary Pharmacology and Therapeutics” (Qida farmakologiyası və terapevtika) jurnalının son sayında dərc olunmuş araşdırmanını müəllifləri gəldikləri nəticənin insanlar üçün faydalı olacağına ümid edirlər. “Qida rasionuna müdaxilələr və həyat tərzinin dəyişilməsi ilə qaraciyər xərçənginin qarşısını almaq olar” alimlər buna əmindirlər. Amerika Xərçəng xəstəlikləri Cəmiyyətinin məlumatına görə, bu il qaraciyər xərçəngi ilə diaqnoz olunanların sayı 33 mindən artıq olacaq. Ümumiyyətlə isə, hər il dünyada bu xəstəlikdən 600 min adam dünyasını dəyişir. Xəstəliyə yoluxanlar arasında kişilərin sayı qadınlara nisbətən daha çoxdur.APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol