• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Meriyası parkomatları niyə təhvil vermir?..

Bakı Meriyası parkomatları niyə təhvil vermir?..
18.09.2018 11:59
2018-ci ilin aprel ayından etibarən Bakı şəhərində avtomobillərin parklanma yerilərinə nəzarət Bakı Nəqliyyat Agentliyinə verilib. Bu təhvil-təslimin iki ay ərzində tamamlanacağı deyilsə də, hələ ki parklanma yerlərinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nəzarət edir. Hətta BŞİH əvvəlki parkomatları ləğv edərək ödənişi yeni, mobil parkomatlarla qəbul etməyə başlayıb. Ödəniş isə paytaxtın ərazilərinə görə dəyişir. Elə yerlər var ki, parklanmanın saatı 1 manat, elə yer də var ki, 50 qəpikdən hesablanır. Belə görünür ki, BŞİH qazanc yerini əldən vermək istəmir. Görəsən Meriyaya axan həmin puldan vergi ödənilirmi?

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, hazırda qanunvericiliyə görə, aprel ayından etibarən tapşırıq verilib ki, Bakı şəhərində olan btün parklanma yerlərinin hamısı Bakı Nəqliyyat Agentliyinə təhvil verilsin:

"Bu işlər hələ başa çatdırılmayıb. Tapşırıq verilmişdi ki, bütün işlər 2 ay müddətində tamamlansın. Həmin iki aylıq müddət çoxdan keçib. Bu gün hələ də nəzarət Bakı Şəhər İcra Hakimiyyətindədir. Parkinq yerlərinin BNA-nın tabeçiliyinə verilməməyinin ola bilər ki, hansısa texniki, hüquqi səbəbləri var. Hər halda fakt odur ki, qanunvericiliyə görə, Bakı şəhərinin inzibati ərazisindəki bütün parklanma yerləri BNA-nın idarəçiliyində olmalıdır. Lakin Bakə Şəhər İcra Hakimiyyəti parkinqləri hələ də təhvil vermədiyinə görə onlara sual ünvanlamaq lazımdır ki, ödənişlər hara gedir, necə alınır, nəyə görə alınır?”...

Ekspert bildirib ki, faktiki vəziyyyət də parklanma yerləri BŞİH-in tabeçiliyində qalır, amma hüquqi vəziyyət odur ki, BNA-nın tabeçiliyinə verilməlidir. 

"Parkinqlər təhvil veriləndən sonra BNA-nın belə bir layihəsi var ki, parklanma işlərini yenidən qursun. Saxlanma yerləri dəqiq müəyyən olunmalıdır, hüdudları dəqiqləşdirilməlidir. Parklanmaya icazə verilən yerlər neçə avtomobillikdir, avtomobillər hansı üsulla dayanmalıdır və s. müəyyənləşməlidir. Ödənişlə bağlı da qaranlıq məqamlara aydınlıq gətirilməlidir. Agentlik deyib ki, biz onu tabeçiliyimizə götürəndən sonra açıqlayacayıq”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol