• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil telefonların qeydiyyatı ilə bağlı hansı YENİLİKLƏR OLACAQ?

Mobil telefonların qeydiyyatı ilə bağlı hansı YENİLİKLƏR OLACAQ?
20.09.2018 17:17
Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, yeni qərara əsasən, bundan sonra satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara əlavə rüsum tətbiq edilməyəcək.

Qeyd edək ki, bu dəyişiklik mobil bazarda telefonların qiymətinin stabil qalmasına kömək edəcək. Bu qanundan sonra vətəndaşlar xaricdən gətirdikləri mobil telefonlara görə əlavə rüsum ödəyəcəklər. Telefon mağazaları və satışla məşğul olanlar bu rüsumdan azad edilir. Bununla da, vətəndaş xaricdən telefon gətirdikdə, onun qiyməti elə mağazada satılan cihazın dəyəri ilə eyni səviyyədə olacaq.

Ekspertlər hesab edirlər ki, bu qərarla da, bundan əvvəl mobil telefon bazarında yaranmış narazılıqlar aradan qalxacaq.

Millət vəkili, Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, yeni qərardan sonra vətəndaşlar üçün mobil telefon gətirməkdə çətinlik yaradacaq.

"Mobil telefon bazarı ölkənin əsas satış sahələrindən biridir. Bu bazar ölkənin ən böyük əhali kütləsini əhatə edir. 

Bir neçə vaxt bundan qabaq ölkəyə xaricdən gətirilən mobil telefonlara əlavə vergi təyin edildi. Əlbəttə bu addım müəyyən qədər narazılıqlara səbəb oldu.

İnsan var ki, gedib 5-6 telefon gətirir, birini saxlayır, qalanlarını satırdı. Əlavə rüsumların tətbiqi bunun qarşısını alacaq. İnsanlarda telefon gətirməkdə çətinlik yaradacaq.

Əslində bu Azərbaycan dövlət büdcəsinə əlavə vəsaitlərin gəlməsinə səbəb olacaq”, - deyə Vahid Əhmədov bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol