• $
  • €
  • ₽
  • ₺
  • £

Mir Cəlal küçəsi yenidən istifadəyə verilib

Mir Cəlal küçəsi yenidən istifadəyə verilib
21.09.2018 17:46
Paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi.

Əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 24 m təşkil edir.

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 m-dən 24 m-ə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılıb. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilib. Yol ayrıcında yerləşən dirəklər ləğv edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun bərpası işləri görülüb. Yol ayrıcı sökülüb, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılıb. Yüksək gərginlikli elektirk xəttinin çəkilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0.8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilib.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhbə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.

Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3500 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolağa tamet daşlar döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq Mir Cəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol