• $
  • €
  • ₽
  • ₺
  • £

Meriyadan "Azərsu”ya tənqid: öhdəsindən gəlmir!

Meriyadan "Azərsu”ya tənqid: öhdəsindən gəlmir!
24.09.2018 10:51
Bakı Şəhər İcra hakimiyyəti (BŞİH) sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

BŞİH-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranmış, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olmuşdur. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə hallar əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, "Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülmüşdür. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilmiş, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmamışdır.

Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də bina səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahıl” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılmaması da əlavə problem yaratmışdır. Sonradan bu problem aradan qaldırılmış və axıdılan suyun səviyyəsi kəskin azalmışdır. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün Azərsu ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.

Qeyd olunmalıdır ki, güclü yağışın yağması təbiət hadisəsi olmaqla, dünyanın bütün ölkələrində baş verir və heç bir ölkə bu kimi hallardan sığortalanmamışdır. Ötən illərdə Avropanın aparıcı ölkələrində güclü sel və subasmalar olub. Ona görə də buna adi təbiət hadisəsi kimi baxılmalıdır. Buna baxmayaraq isə kommunal və digər xidmətlər hər zaman belə hallara hazır olmalıdırlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol