• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu”dan meriyanın iradına cavab: Biz xilas etdik...

“Azərsu”dan meriyanın iradına cavab: Biz xilas etdik...
24.09.2018 12:00
Dünən Bakı şəhərində yağıntıdan sonra yaranmış problemin tək səbəbi var – qısa müddətdə aylıq normadan artıq yağıntının düşməsi. Bu fors-major hadisədir, təbii fəlakətdir.

Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bakı Şəhər İcra hakimiyyətinin sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı açıqlamasına cavabında deyib. Qurum rəsmisi meriyanın Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi və "Sahil” təxliyyə kollektorunun çox gec açılması haqda Bakı ŞİH-nin iradına cavabında qeyd edib ki, "Azərsu” yağıntıdan sonra təxliyyə xətlərini açmaqla Neftçilər prospektini, "Sahil” metrosunu suyun altında qalma təhlükəsindən xilas edib:

"3 təxliyə xəttimiz var. Neftçilər və Azadlıq prospektləri istiqamətində və Səməd Vurğun prospektində. Biz şəhərdəki vəziyyətlə bağlı xəbər alan kimi dərhal həmin iki təxliyyə xəttini açmışıq. Bununla da su normal şəkildə dənizə axıdılıb.

3-cü təxliyyə xəttimiz Yusif Məmmədəliyev küçəsindədir. Y.Məmmədəliyev küçəsindəki təxliyyə xəttinin arxa hissəsindən böyük həcmdə gələn suyun yaratdığı təzyiq nəticəsində çətinliklər yaranıb. Problem bu zaman yaranmışdı. Ancaq bu da qısa müddətdən sonra aradan qaldırıldı”.

A.Cəbrayıllı bildirib ki, 2 il öncə xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib:

"Bizim xətlərimiz tam işlək vəziyyətdə olub. Biz 2012-2015-ci illərdə xüsusi robotlarla, xüsusi yüksək təzyiqli maşınların köməyi ilə kollektorları yoxlamışıq, təmizləmə işləri aparmışıq. Biz Bakı şəhərindəki kollektorlardan 12 min kub/metr həcmində bərk məişət tullantısı götürmüşük. Kollektorlardan soyuducu, təkər, müxtəlif heyvan meyiti, dərisi, palçıq, çınqıl təmizləmişik.

Təmizlədikdən sonra o xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib”.

Qeyd edək ki, 23 sentyabrda Bakıda aylıq yağıntı normasında daha artıq noqdarda yağış yağıb və bu da bəzi fəsadlara yol açıb. Bakı Şəhər İcra Hakimiyyəti yağışın küçə və prospektlərdə göllənməsi və fəsadlar yaratmasının səbəbləri sırasında Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsini və Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyyə xətlərinin çox gec açılmasını da göstərib.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol