• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Niyə Azərbaycanda valyutadəyişmə məntəqəsi yoxdur?

Deputat: Niyə Azərbaycanda valyutadəyişmə məntəqəsi yoxdur?
24.09.2018 12:45
Bu gün Azərbaycanda bir dənə də olsun valyuta əyişmə məntəqəsi yoxdur. Axı, niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, banklar şənbə və bazar günləri işləmir:

"Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə dəyişsin? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harada var? Onlar əlində olan pulu dəyişmək üçün əziyyət çəkir. Niyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?” 

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib.

"Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər olmasa, bununla bağlı açıqlama verin.  Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

Millət vəkili Vahid Əhmədov da bunun ciddi bir problem olduğunu və insanlarda narazılıq yaratdığını bildirib.

O, qeyd edib ki, bu məsələ artıq həlli tapmalıdır, bəhanələrə son qoyulmalıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol