• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku City Tour” avtobuslarında 50% endirim

“Baku City Tour” avtobuslarında 50% endirim
26.09.2018 11:59
27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Agentlikdən AzVision.az-a verilən xəbərə görə, bu il ilk dəfə olaraq məhz turizm günündə ölkəmizə gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunacaq.

Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün "Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunacaq. Avtobuslar 27 sentyabr səhər saat 10:00-dan 19:00-dək hər saatdan bir gün ərzində Hökumət Evinin qarşısından yola çıxacaq.

Gün ərzində yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər.

Fəvvarələr meydanında isə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araxçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması, keramika, gil və miniatür üzərində iş üzrə usta olan sənətkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək, master-klasslar göstəriləcək. 4 gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunacaq.

Turizm günündə Fəvvarələr meydanında axşam saatlarında canlı musiqili konsert də təşkil ediləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol