• $
  • €
  • ₽
  • ₺
  • £

Üçüncü peykimiz niyə önəmlidir – TƏHLİL

Üçüncü peykimiz niyə önəmlidir – TƏHLİL
28.05.2020 20:42
Dünən Azərbaycan üçüncü peykini kosmosa çıxardı. Bu, prezident İlham Əliyevin xalqa ünvanladığı təbrikində də dediyi kimi, həqiqətən, böyük uğurdur. Çünki son 5 il ərzində ölkəmiz orbitə artıq 3 peyk çıxarıb. Fakt onu göstərir ki, Azərbaycanda Kosmik Sənaye iqtisadiyyatın müstəqil bir istiqaməti kimi formalaşmaqdadır. Həm də bu zaman söhbət sadəcə iqtisadiyyatdan və sənayedən yox, yüksək texnoloji iqtisadiyyatdan, böyük elm tutumlu sənayedən gedir.

Üçüncü peyki orbitə çıxarmaqla Azərbaycan dünyaya nümayiş etdirdi ki, birinci və ikinci peykləri kosmosa buraxmağımız sadəcə "Kosmik klub”a üzv olmaq üçün deyildi. Göstərdik ki, ölkəmizin bu istiqamətdə niyyətləri ciddidir və biz Kosmosda öz yerimizi tutmaqda iddialıyıq.

Müasir dünyada nə qədər çalışsaq da, Kosmosun rolunu şişirtmək mümkün deyil. O sadə səbəbə görə ki, həmin rol onsuz da həddindən artıq böyükdür. Bu gün kənd təsərrüfatından tutmuş, mobil rabitəyə, hava proqnozlarından tutmuş, internetə və televiziya yayımlarına qədər qədər iqtisadiyyatın bütün sahələrində kosmik peyklərin dəstəyinə ehtiyac var. Sözün tam mənasında müstəqil iqtisadi inkişafın yolu, ümumiyyətlə, gələcəyə gedən bütün yollar kosmosdan keçir. Bir ucu Kosmosda olmayan iqtisadiyyat heç vaxt güclü iqtisadiyyat ola bilməz.

Bəli, kimsə deyə bilər və təəssüf, deyənlər də var ki, 3 peykin haqqında bu qədər pafosla danışmağa ehtiyac yoxdur. Amma burada əsas məsələ kəmiyyət deyil. Əvvəla, bu 3 peyk o deməkdir ki, Azərbaycanda kosmik sənaye var, bu isə artıq çox böyük fərqdir. Bu fərq bizi dünyanın əksər dövlətlərindən xeyli irəli çıxarır. Üstəlik, nəzərə almalıyıq ki, peyklərimizi idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir, onların da əksəriyyəti gənclərdir. Bu, ölkənin gələcək elmi-texnoloji inkişafına böyük bir təkandır. 

Daha bir vacib məqam odur ki, bu işləri görərkən Kosmik sənayenin inkişafı yönündə beynəlxalq əməkdaşlığımızı dərinləşdirir. Dünyanın kosmik sahədə böyük təcrübəyə malik ölkələri və aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.

Yəni, bəşəriyyətin kosmosla işləyən və kosmosda işləyən çox kiçik hissəsinin içində biz də varıq... Var millətimin xətti bu imzalar içində! Əsas budur və bununla həqiqətən də fəxr etməyə dəyər. Bu gün ən son texnologiyalar kosmosda tətbiq olunur, elmi axtarışların ən yeni sərhədi kosmosdan keçir. Kosmosda olmağımız ölkədə digər yüksək texnoloji sahələrin inkişafı üçün də bir stimuldur. 

Digər tərəfdən, müasir dünyada ən dəyərli resursun informasiya olması sirr deyil. Üç peykimizdən ikisi bizim heç kimdən asılı olmadan, tam müstəqil şəkildə dünya rabitə məkanına çıxışımızı, həmçinin, öz televiziya verilişlərimizi (yəni informasiyamızı!) dünyaya yaymağımızı təmin edir. Bu, ölkənin informasiya təhlükəsizliyinin sözün hər iki mənasında yüksəyə qaldırılması deməkdir.

Üçüncü peykimiz – AzeriSky isə müharibə şəraitində olan ölkəmizi daha qiymətli informasiyalarla təmin etməyə qadirdir. Prezident İlham Əliyevin də dediyi kimi, "Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri izləyə bilirik. Bu peykin sayəsində bizim kəşfiyyat informasiyası əldə etmək istiqamətində xaricdən asılılığımız tamamilə aradan qalxıb. 

Yəni üç peykimizdən ikisi informasiya, biri isə həm də hərbi təhlükəsizliyimizin təmin edilməsində böyük rol oynayır. Obrazlı desək, AzerSky bizim kosmosdan düşməni izləyən gözümüzdür. Bu, yeri gələndə ölkəmizə elə bir hərbi üstünlük təmin etməyə qadirdir ki, heç nə ilə müqayisə edilə bilməz. Məhz bu cəhətdən baxanda, peykləri bizim öz mütəxəssislərimizin idarə etməs çox önəmli məqamdır.

Bu gün dünyada informasiya, hətta kəşfiyyat məlumatları da bir əmtəədir. Ölkəmiz peyk xidmətləri bazarına girib və biz artıq yüksək texnoloji sferada qazanc götürə biləcəyik. Düzdür, bu, tez, dərhal götürülən qazanclardan deyil, amma nəzərə almaq lazımdır ki, adətən elm tutumu yüksək olan sahələrin heç birində tez qazanc əldə edilmir. Burada əsas məqsəd gələcəyə hədəflənməkdir.

Bütün bunları nəzərə alanda, "Azərspace 2” peykimizin orbitə çıxarılmasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilməsi çox simvolik addım idi. Bu, o demək idi ki, 100 il əvvəl qurulan dövlətimiz indi Kosmosa qədər yüksəlib. Yüz il əvvəl ucalan bayrağımız indi Kosmosda planetin ətrafına fırlanır. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol