Mingəçevir qəzası ilə bağlı işlər nə yerdədir? - Rəsmi açıqlama

Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir.
BakuPost xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir:
"Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, "Azərbaycan" İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























