• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdən ölkəyə poçtla gətirilən telefonlarla bağlı VACİB AÇIQLAMA

Gömrükdən ölkəyə poçtla gətirilən telefonlarla bağlı VACİB AÇIQLAMA
28.09.2018 13:30
"Azərbaycanda bəzi hallarda yerli poçt idarələri işbazların ölkəyə qeyri-qanuni yollarla mobil telefon idxal etməsinə şərait yaradırlar”.

Anews.az "Report”a istinadla məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, bu işbazlar bəzən hətta vətəndaşlardan xəbərsiz onların şəxsiyyət vəsiqələrnin nüsxələrini və yaxud insanların şəxsi məlumatlarını əldə edərək qanunsuz yollara əl atırlar: "Onlar anlamır ki, bu yolla ölkə iqtisadiyyatına ziyan vururlar və dövlət büdcəsinə köçürmələrin qarısını alırlar. Üstəlik qeyri-qanuni mobil telefon idxalı ilə bu sahədə fəaliyyət göstərən şirkətlər müflis olurlar.”
 
F. Ələsgərli deyib ki, bu kim hallar yalnız mobil telefonlara aid deyil: "Bu gün mobil telefona ölkədə böyük tələbat var. Bunun qarşısını alacağıq, bu işbazlar qeyri-qanuni televizor idxalına başlayacaq. Qeyri-qanuni televizor idxalının qarşısı alınacaq, bu işbazlar qeyri-qanuni soyuducu idxalına başlayacaqlar. Onlar üçün malın önəmi yoxdur. Bu hal Azərbaycanın bütün coğrafi rayonlarını əhatə edir. 4 ay ərzində Gədəbəyin Şınıx kəndindən olan bir qadının adına 4 ədəd "iPhone X” telefonu gətirilib. Mən əminəm ki, bu qadının həmin telefonlardan heç xəbəri yoxdur və o, heç "iPhone X”in nə olduğunu bilmir”.

DGK rəsmisi qeyri-qanuni idxalın qarşısını alımaq, işbazların fəaliyyətinə son qoymaq üçün mətbuatın bu sahədə daha fəal olmasını və ictimaiyyəti maarifləndirməsini xahiş edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol