• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçilərin hüquqlarının müdafiə təşkilatından xarici şirkətə sərt cavab

Neftçilərin hüquqlarının müdafiə təşkilatından xarici şirkətə sərt cavab
28.09.2018 18:03
Azərbaycanın Salyan rayonu ərazisində yerləşən Kürsəngi -Qarabağlı,  neft  yataqlarının istismarı ilə məşğul olan "Salyan Oil  LTD” Şirkəti( baş menecer Shan Liancenq) və şirkətin Həmkarlar Təşkilatı (sədr Əlverdi Xudiyev ) iddia ərizəsi ilə Salyan rayon məhkəməsinə müraciət edib.
 
İddia ərizəsində şirkətə dəyən maddi və mənəvi ziyan üçün şirkətin keçmiş işçiləri xanım Zəkayət Abdullayevadan və xanım Mehparə Əlyevanın hər birindən 15000(on beş min) manat , xanımları müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyindən (NHMT İB) isə 35000(otuz beş min) manat vəsait tələb olunub. Belə ki,  xanımlar adı çəkilən şirkətdən azad olunmalarını qeyri qanuni hesab edərək hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediblər. Xanımların hüquqlarını   məhkəmədə NHMT İB hüquqşünası müdafiə edir.  Şirkət  və Həmkarlar Təşkilatı sədri iddia ərizəsində bildirirlər ki, işçilərin şikayəti və onun müdafiəsini təşkil edən QHT-nın bu sahədəki fəaliyyəti nəticəsində şirkətə  mənəvi və maddi  ziyan dəymişdir. Və bu ziyan işçilər və onu müdafiə edən təşkilat tərəfindən ödənilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq  NHMT İB  hesab edir ki. Salyan Oil  LTD” Şirkəti  hüquqlarının bərpası  üçün məhkəməyə müraciət edən işçiləri təqib etməklə yanaşı , həm də öz Nizamnaməsi əsasında fəaliyyət göstərən NHMT İB-yə də təzyiq etməyə çalışaraq  , ölkənin aşağıda qeyd olunan qanunvericiliyini pozmuşdur .

1.Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 57.( Müraciət etmək hüququ.) , maddə 61(Hüquqi yardım almaq hüququ) ,Maddə 71. (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı )
 
2.Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu
 
Maddə 1. Müraciət etmək hüququ
 
3.Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) haqqında Azərbaycan Respublikasının qanunu  

Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri .

4.İctimai birliklər haqqında Azərbaycan respublikasının qanunu

Maddə 8. İctimai birliklərin hüquqları və vəzifələri
 
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org).   

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol