Rusiyadan Azərbaycana onlarla “iPhone” keçirmək istədilər

Dağıstan sərhəd xidmətinin əməkdaşları qanunsuz yolla Azərbaycana "iPhone” markalı mobil telefonların keçirilməsinin qarşısını alıb.
Oxu.Az Dağıstan KİV-ə istinadla xəbər verir ki, sentyabrın 29-da Məhərrəmkənd sərhəd keçid postunda Rusiyadan Azərbaycana keçməyə çalışan iki ədəd "Mersedes” markalı avtomobil saxlanılıb.
Avtomobilləri idarə edən iki Azərbaycan vətəndaşından sərhəd xidmətindən gizlədilmiş 62 ədəd "iPhone” markalı mobil telefon aşkarlanıb. Mobil telefonlar avtomobillərin salonunda gizlədilib.
Aşkar olunan telefonlar müsadirə edilib və ekspertizaya göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























