Neft qiymətində yeni sıçrayış ola bilər? - Ekspert

ABŞ İrana qarşı yeni sanksiya tətbiq etməklə dünya bazarında neftin qiymət artımlarını təşviq edir.
Axar.az xəbər verir ki, bu sözləri neftin qiymətindəki son sıçrayışlarla bağlı danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, son qiymət artımları İrana qarşı tətbiq edilən sanksiyalar fonunda OPEK+ formatının hasilatın daha da artırılması ilə bağlı razılıq əldə edə bilməməsi ilə əlaqədardır:
"Eyni zamanda, sentyabrda hasilatı avqust ayı ilə müqaisədə kəskin artıracağı vədlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı neft ixracatını gündəlik cəmi 50 min barrel artırıb. Bu müddətdə OPEK ölkələri üzrə ümumi gündəlik artım cəmi 90 min barreldir. Bu isə karterin sentyabrda gündəlik 32.85 milyon barrel neft hasil etməsi deməkdir. Digər tərəfdən, İran və Veneseulada neft ixracatı azalmaqdadır. İranın neft ixracatında ötən ay gündəlik 100 min barrel azalma qeydə alınıb. Bu isə o deməkdir ki, İrana tətbiq edilən genişləndirilmiş sanksiyalar fonunda neftə olan qlobal tələbi tam ödəməkdə çətinliklər qalmaqdadır. Bu isə neftin qiymətindəki artımları şərtləndirir. Tramp Administrasiyası hələlik neftin qiymətindəki artımları əngəlləməkdə maraqlı görünmür”.
İqtisadçı mövcud ssenarilərə uyğun olaraq neftin qiymətinin noyabrın 5-dən sonra İrana tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacağını vurğulayıb:
"ABŞ İrandan neft idxal edən ölkələrə sanksiya tətbiq edərsə, o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu, dünya bazarından gündəlik 1.1 milyon barrel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzunmüddətli dövr üçün neft bazarında yüksək qiymətlər proqnozlaşdırılmır. Güman olunur ki, dekabrdan başlayarq, OPEK bazara daha çox neft çıxara biləcək və bu da tələbin tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək”.
V.Bayramov yüksək neft qiymətlərinin manata təsirindən də söz açıb:
"Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil və mövcud kursu qoruyub saxlayacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























