Yarmarkaya gətirilən 30 ton bal yararsız çıxdı

Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasına çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.
AzVision.az xəbər verir ki, bunu mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.
Şöbə müdiri bildirib ki, yarmarkaya çıxarılan bütün məhsullar ekspertizadan keçirilib və keyfiyyətə cavab verməyən məhsullar ayrı anbara toplanılıb.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə qeyd edib ki, daha keyfiyyətsiz arıçılıq məhsulları əsasən Daşkəsən və Astara rayonlarından daxil olur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























