• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların Müşahidə Şuraları ilə bağlı mühüm yenilik

Bankların Müşahidə Şuraları ilə bağlı mühüm yenilik
05.10.2018 13:45
Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Banklar haqqında” qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin (MM) plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən üç ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət dörd ildir.

Bildirək ki, Bankın Müşahidə Şurası üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir.

Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əməkhaqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən üç ildən çox olmayan müddətə təyin edilirlər.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət dörd ildir.

İdarə Heyəti üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliyə görə, Banklarda Müşahidə Şurasının səlahiyyətləri artırılır. Dəyişikliyə görə, komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, Müşahidə Şurası tərəfindən təyin olunacaq.

Qanunun 25.15.1-ci maddəsinə edilən əlavəyə əsasən, Müşahidə Şurası bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək. 

Audit Komitəsinin üzvləri dörd il deyil, üç il müddətinə təyin olunacaq. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol