• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hərbi gəmilər inşa olunacaq - 500 milyonluq müqavilə

Bakıda hərbi gəmilər inşa olunacaq - 500 milyonluq müqavilə
05.10.2018 21:39
Fransanın "Naval Group” şirkəti bu yaxınlarda Azərbaycanla "Adroit” tipli üç patrul gəmisinin sifarişi ilə bağlı müqavilə imzalayacaq.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin dəyəri 400-500 milyon avro dəyərində qiymətləndirilir. Sifariş "Adroit” tipli, "OPV 90” mülki və hərbi missiyaların yerinə yetirilməsi üçün üç "Gowind” patrul gəmisinin satılmasından ibarətdir. "OPV 90" gəmiləri əsas olaraq Xəzər dənizinin sahilində yerləşən yerli tikinti sahəsində - "Baku Shipyard”da müştərək inşa ediləcək.

Məlumata görə, bu gəmilər az silahlanmış olacaq və Azərbaycana Xəzər dəniz sularındakı sektorunu və təbii ehtiyatlarını etibarlı şəkildə qorumağa imkan verəcək. "OPV 90" gəmisi 140 kvadrat metr sahəsi olan platformaya, geniş panorama görüntüsünə, 10 tonluq helikopter üçün meydançaya və 5 tonluq helikopter üçün anqara malikdir. Göyərtənin aşağı hissəsində operativ manevrlər üçün sərt korpuslu 2 şişmə qayıq yerləşdirilir. Bu göstəricilər gəminin genişləndirilmiş iş imkanlarını nümayiş etdirir. Fransa gəmisində də bu xüsusiyyətlər var.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tələbi ilə gəmi əlavə funksiyalarla təchiz ediləcək. Belə ki, onun ön hissəsinə gəmi əleyhinə raket qurğusu, RƏM qurğusu, elektron "müharibəyə" qarşı mübarizə qurğusu yerləşdiriləcək. Bundan əlavə, yan tərəflərdən gəmi fırtına zamanı artırılmış möhkəmliyi təmin etmək üçün sabitləşdirici qanadlarla təchiz olunacaq. 

Həmçinin, gəmidə "Polaris” hərbi idarəetmə sistemi quraşdırılacaq, bu isə vaxta zabitinə taktik vəziyyətin tam mənzərəsini verir və digər gəmilərlə məlumat mübadiləsinə imkan verən rabitə moduluna malikdir. Gəmi 6 min milə (12 min km) qədər məsafə qət edə bilər, bu gəminin ömrü təxminən 30 ildir.

Qeyd edək ki, Fransanın "Naval Group” şirkəti 25-27 sentyabr tarixlərində Bakıda keçirilən "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisində özünün "OPV-90" mühafizə gəmisinin layihəsini təqdim edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol