Bakı metrosunda qatarda problem - Sərnişinlər stansiyada düşürüldü

Bakı metrosunda qatarda problem yaranıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a bildirib ki, metronun "Qara Qarayev" stansiyasında qatarların birində nasazlıq yaranıb:
"7-8 dəqiqə ərzində maşinist vəziyyətdən çıxa bilib. Sərnişinlər stansiyada düşürülüb və qatar depoya göndərilib. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaransa da, hazırda interval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























