• $
  • €
  • ₽
  • ₺
  • £

Western Union və Bank Respublika rəqəmsal innovasiyaların tədbiqinə başlayır

Western Union və Bank Respublika rəqəmsal innovasiyaların tədbiqinə başlayır
29.05.2020 09:25
 
İndi "Bank Respublika”nın müştəriləri Bankın "Mobil Şöbə” əlavəsi vasitəsilə bank hesabından pul göndərmək və ya köçürməni almaq imkanına malikdirlər.
 
Ölkəmizdə elektron bankçılıq üzrə lider bank* adını qazanmış Bank Respublika və beynəlxalq pul köçürmələri sahəsində lider olan Western Union sistemi (NYSE: WU) ilə əməkdaşlığını genişləndirmiş və pulköçürmə xidmətlərini bankın "Mobil Şöbə” əlavəsinə tam şəkildə inteqrasiya etməklə, Azərbaycanın maliyyə bazarında yenilikçi rəqəmsal bir xidmət təqdim edir.
 
Western Union platformasının bankın mobil əlavəsinə inteqrasiya edilməsi müştərilərə dünyanın 200-dən çox ölkəsinə pul göndərməyə və vəsaitlərin birbaşa bank hesabına və yaxud bank kartına mədaxil edilməsinə imkan verir. Bununla yanaşı, müştərilər pul köçürmələrini əvvəlki qaydada bankın ofislərindən göndərə və ya ala bilərlər.    
 
"Pulköçürmə platformasının mobil əlavəyə inteqrasiyası Azərbaycanda rəqəmsal bankçılığın inkişafında yeni bir mərhələdir ", - deyə Bankın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov yeni xidmət haqda şərh verərkən qeyd edib. - Bu qərar beynəlxalq pul köçürmələri sahəsində yeni trendin başlanğıcı olacaq. Biz beynəlxalq pul köçürmələri sahəsinin liderlərindən biri olan "Western Union" ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə iş birliyimizi davam etdirməyi planlaşdırırıq". 
 
"Yeni xidmət Bank Respublika ilə 2002-ci ildə başlayan uğurlu əməkdaşlığımızın məntiqi davamıdır", - deyə "Western Union”un Rusiya və MDB ölkələri üzrə baş direktoru Andrey Aqeyev bildirib. Western Union və Bank Respublikanın multikanal yanaşması müştərilərə pul köçürmələrini mobil əlavə vasitəsilə ani olaraq, eləcə də bankın filiallarında sürətli, operativ və sərfəli şəkildə həyata keçirməyə imkan yaradır”. 
Dünya Bankının statistikasına əsasən, 2017-ci ildə Azərbaycana 1,1 milyard ABŞ dolları həcmində vəsait köçürmə yolu ilə daxil edilmiş, 600 milyon ABŞ dollarından çox vəsait isə ölkədən xaricə göndərilmişdir.
 
 
MÜŞTƏRİLƏR ÜÇÜN PROSEDUR QAYDALARI
 
"MobilŞöbə" vasitəsilə pul göndərmək üçün ( iOS və ya Android sistemində mövcuddur), alıcının adını, təyinat ölkəsini və köçürmənin məbləğini göstərmək tələb olunur. Əməliyyat başa çatdıqdan sonra,  göndərən tərəfdən pulu alan şəxsə bildirməli olduğu SMS-lə 10 rəqəmli nəzarət nömrəsi (MTCN) göndərilir.
 
Xaricdə pul göndərərkən, vəsait təyinat ölkəsinin valyutasına avtomatik konvertasiya olunur. Bəzi ölkələrə köçürmə vaxtı göndərən özü də pulların verilməsi valyutasını müəyyən edə bilər. Alıcı köçürülən məbləği Western Union xidmət mərkəzində bir neçə dəqiqə ərzində * ala bilər.
 
Pul köçürməsini almaq üçün Bankın müştərisi köçürmənin nəzarət nömrəsini daxil etməlidir, təyinat ölkəsini, valyutanı və məbləği göstərməlidir. Pul köçürmələri alıcının və ya bank kartının seçdiyi cari hesaba köçürülür.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol