• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Ekskluziv indi Ağcabədidə Şirkət müştəriləri üçün hədiyyə kampaniyasını təqdim edir

Azercell Ekskluziv indi Ağcabədidə Şirkət müştəriləri üçün hədiyyə kampaniyasını təqdim edir
10.10.2018 18:27
Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olmasına önəm verən, Bakı ilə yanaşı bölgələrdə də abunəçilərə yüksək standartlara uyğun xidmət göstərməyi hədəfləyən "Azercell Telekom” MMC Ağcabədidə yeni ekskluziv mağazasının açılışını edib. Ü. Hacıbəyli prospekti 68 ünvanında abunəçilərə xidmət göstərəcək mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil olunub. 10 oktyabr - yeni mağazanın açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq smartfon kampaniyasını da təqdim edir. Belə ki, açılış günündən etibarən 7 gün müddətində Ağcabədi Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell ilin sonunadək bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv mağazalarının sayını artırmağı planlaşdırır. Yeni mağazaların xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Bir sözlə mağazalara müraciət edən abunəçilərin rahatlığı və onlara operativ xidmət göstərilməsi üçün şirkət tərəfindən hər cür imkanlar yaradılıb.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149) və Beyləqanda (Sərdar İmrəliyev küç. 265) abunəçilərin ixtiyarına verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol