• $
  • €
  • ₽
  • ₺
  • £

Bayılda nə baş verir? - RƏSMİ AÇIQLAMA

Bayılda nə baş verir? - RƏSMİ AÇIQLAMA
12.10.2018 13:21
Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb, maşınların hərəkətinə icazə verilmir.
 
Anews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, 2012-ci ilin 1 dekabrında Badamdar-20-ci sahə avtomobil yolunun sağ cinahında baş vermiş sürüşmə prosesinin yayıldığı sahənin eni 180-220 metr, uzunluğu 200-250 metr arasında, qırılma qaşının hündürlüyü 9-10 metr olub. Həmin sürüşmə sahəsinin qarşısının alınması məqsədilə bu ərazidə 2013-cü ildə uzunluğu təxminən 150 metr olan istinad divarı tikilib, yamacda müəyyən hamarlaşma işləri aparılıb:

"Biz uzun müddət idi ki, həmin ərazidə monitorinq işləri aparırdıq. Bu vaxta qədər ciddi dəyişiklik hiss etməmişdik. Lakin oktyabrın ilk günlərində monitorinq zamanı kütlə üzərində yeni çatların, qırılmaların, kütlənin ilk səthində kiçik gölməcələrin yarandığı aşkarlandı. Eyni zamanda, 2013-cü ildə istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var. Bu barədə biz oktyabrın 3-də müvafiq orqanlara məlumat verdik ki, həmin yerdə yenidən gərginlik müşahidə edilir. Həmin proses bu gün daha da gərginləşib və sürüşmə prosesinin dinamikasında ciddi gərginlik müşahidə edilir".

Hazırda bu prosesin aktiv fazada olduğunu və davam etdiyini deyən Ə.Qaralov qeyd edib ki, bu gün baş nazirin müavini Hacıbala Abutalıbov başqa olmaqla, bır sıra dövlət orqanlarının nümayəndələri əraziyə baş çəkiblər. Ərazi ilə hazırlanan ETSN tərəfindən hesabat dövlət orqanlarına təqdim ediləcək.

Qeyd edək ki, sürüşmə ilə əlaqədar Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol