• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən qiymətli kağızlarla bağlı YENİ QƏRAR

Baş nazirdən qiymətli kağızlarla bağlı YENİ QƏRAR
13.10.2018 10:40
Baş nazir Novruz Məmmədov "Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nı təsdiq edib.


Unikal.org xəbər verir ki, qaydalara görə, monitorinq iştirakçılarına benefisiar mülkiyyətçi barədə məlumatlar sorğu əsasında məlumat saxlayıcısı tərəfindən aşağıdakı hallarda verilir:


1. işgüzar münasibətlər yaradılmasından əvvəl;


2. on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);


3. məbləğindən asılı olmayaraq, hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;


4. pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;


5. müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda.


3.2. PL/TMM Qanununun 9.12-ci və 9.13-cü maddələrinə uyğun olaraq, yüksək riskli müştərinin eyniləşdirilməsinə dair əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi, habelə yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiqi zamanı benefisiar mülkiyyətçi barədə məlumatlar məlumat saxlayıcısı tərəfindən sorğu əsasında monitorinq iştirakçılarına verilir.


Məlumat saxlayıcısı monitorinq iştirakçılarının sorğusunu 1 (bir) iş günü ərzində, monitorinqdə iştirak edən digər şəxslərin (notariuslar istisna olmaqla) sorğusunu 3 (üç) iş günü ərzində, notariusların sorğusunu isə gün ərzində cavablandırır.








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol