• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell İLK adlı brend smartfonunu təqdim edir

Bakcell İLK adlı brend smartfonunu təqdim edir
31.10.2014 16:23
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, böyük məmnuniyyətlə özünün İLK adlı brend smartfonunu təqdim edir.Müasir smartfonların bütün xüsusiyyətlərinə malik və münasib qiymətə olan İLK smartfonu mobil telefon istifadəçisindən smartfon istifadəçisinə çevrilən Bakcell abunəçiləri üçün unikal seçimdir. Cəmi 79 AZN qiymətində olan bu smartfon xüsusilə smartfon istifadəsinə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub və sahiblərinə mükəmməl smartfon təcrübəsini təmin edir.İLK smartfonu Android əməliyyat sistemində işləyir, gözoxşayan dizayna və yeni smartfon istifadəçisinin tələblərinə cavab verən aşağıdakı texniki xüsusiyyətlərə malikdir:* Geniş 4 düymlü sensorlu ekran* 1.2 GHz Quad Core prosessor* RAM 512 + ROM 4GB* Android 4.3 əməliyyat sistemi* 5MP kamera + parlaq işıq* Ön kamera* Uzun ömürlü batareyaSadəcə 79 AZN ödəməklə abunəçilər yuxarıdakı üstünlüklərə malik mükəmməl cihazla yanaşı, 6 ay ərzində bonus şəklində hər ay 1GB internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir. İLK smartfonunu “Bakcell” rəsmi dilerlərindən və bir sıra tərəfdaş dükanlardan əldə etmək mümkündür İLK smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər. İLK smartfonu barədə əlavə məlumat almaq üçün link: http://www.bakcell.com/az/let-ilk-be-your-first-smartphoneÖtən il Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013- 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Təxminən 1 ay öncə isə Bakcell daha qabaqcıl smartfon istifadəçiləri üçün Azərbaycan bazarına “ALOV”u çıxarıb və çox qısa müddət ərzində bu smartfonlar bazarda özünəməxsus yer tutub.Bakcell 3G İnternet brendini və ən yaxşı mobil məlumat ötüməsi funksiyasını özündə cəmləşdirən Bakcell smartfonları cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı zərif görünüş və toxunuşa malikdir. İLK smartfonları barədə hazırlanmış reklam çarxına baxmaq üçün link: https://www.youtube.com/watch?v=vgta54DIRZo&list=UU_9AoCPPHus8pKvFEsttBRQANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol