• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku”-nun saytı artıq mobil versiyada xidmətinizdə!

“Bank of Baku”-nun saytı artıq mobil versiyada xidmətinizdə!
31.10.2014 15:58
Mobil rabitə istifadəçilərinin “Bank of Baku”-nun korporativ saytına girişini asanlaşdırmaq məqsədilə bank saytının mobil versiyası istifadəyə verilib. Artıq Windows, iPhone, Android, Blackberry əməliyyat sistemlərində fəaliyyət göstərən mobil telefonlarla sayta rahat daxil olub, bankın geniş çeşidli məhsul və xidmətlərindən daha çevik faydalanmaq olar. İstifadəçilər www.bankofbaku.com saytına daxil olub bankın xidmət və məhsullarından onlayn sifarişlər vasitəsilə yararlana bilərlər.Eyni zamanda, müştərilər mobil əlavə də (Bankofbaku app) yükləyə bilərlər.“Bank of Baku” saytının mobil versiyası sayəsində onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq.Artıq mobil telefon sahibləri saytda istənilən menyunu açanda, müvafiq bölmə mobil telefon ekranına uyğun ölçüdə əks olunacaq və hər-hansı vizual təhrif baş verməyəcək. Beləliklə, istifadəçi standart masaüstü kompüterdən necə rahatlıqla istifadə edirsə, mobil telefonu ilə də bank saytında rahat davrana biləcək. İstifadəçi valyuta məzənnəsi, kredit və əmənət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının dəqiq ünvanı və xəritəsi ilə rahat şəkildə tanış ola biləcək.“Bank of Baku” saytının mobil versiyası sayəsində müştərilər “Bank of Baku” ilə daha rahat və çevik əlaqə saxlaya biləcək. “Bank of Baku” korporativ saytının mobil versiyasını istifadəyə verən Azərbaycanın ilk banklarındandır.Daha ətraflı:145 Məlumat Mərkəzi https://www.facebook.com/bankofbakuANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol