Ünvanlı sosial yardım alanların sayı niyə azalır? - Səbəblər

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətlərində aparılan işlərin sürətləndirilməsi məqsədilə nazirlikdə İşçi Qrup yaradılıb. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 40 faizə yaxının tərkibində əmək qabiliyyətli insanların olması nəzərə alınaraq belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması mexanizmi hazırlanır".
anews.az xəbər verir ki, Bunu Azvision.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, ünvanlı dövlət sosial yardımı proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında təkmilləşdirmələr aparılması prosesi həyata keçirilir.
"Belə ki, ünvanlı dövlət sosial yardımının alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi yönündə işlər aparılır. Bu istiqamətdə işlərin sürətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması prosesi həyata keçirilir.
İlkin mərhələdə sadələşdirilmə prosesi elektron qaydada müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayını azaldılması ilə təmin ediləcək. Ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə tələb olunan məlumatların bir hissəsi aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan "Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaratmış olacaq. Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar "Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək".
Nazirlik sözçüsü bildirib ki, hazırda gəlirlləri respublika üzrə qəbul olunmuş ehtiyac meyarınadan aşağı olan 50 minə yaxın aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı proqramından bəhrələnir. "Onların ailə üzvlərinin sayı 200 min nəfərə yaxındır. Proqramla əhatə olunan ailələrdə yaşı 18-dək olan ailə üzvlərinin sayı 100 min nəfərdən çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərinin bir çoxunu ünvanlı dövlət sosial yardımı alan şəxslər təşkil edir. Bu səbəbdən ünvalı dövlət sosial proqramı ilə əhatə olunan ailələrin sayı azalmaqdadır".
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır