• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qazaxıstana neft ixracından imtina etdi

Azərbaycan Qazaxıstana neft ixracından imtina etdi
29.10.2014 17:43
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstana avtomobil benzini ixrac etməyi planlaşdırmır.ANN.Az Report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.SOCAR-dan bildirilib ki, şirkətin əsas vəzifəsi ilk növbədə neft məhsullarına olan daxili tələbatın ödənilməsidir.“Qazaxıstan tərəfi bu təkliflə bizə müraciət edib, lakin bizim ixrac üçün əlavə benzin ehtiyatlarımız yoxdur. Azərbaycan əlavə benzin həcmlərini ixrac edə bilərdi, lakin biz bu gün həmin həcmlərə sahib deyilik və ölkədə istehsal olunan bütün benzin, demək olar ki, daxili bazara çıxarılır”, - deyə mənbədən bildirilib.Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin qeyd edib ki, “KazMunayQaz” Milli Şirkəti ölkədə yanacaq-sürtgü materialları (YSM) çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycan və Türkmənistandan benzin idxalı imkanlarını nəzərdən keçirir.“Bazarı YSM ilə təmin etmək üçün öz zərərinə olsa belə Qazaxıstan bazarı üçün YSM idxalının təşkili qərara alınıb. Bir çox şirkətlərlə danışıqlar aparılıb və hazırda 69 min ton benzinin idxal olunması haqqında razılıq əldə olunub”, - deyə nazir müavini vurğulayıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol