• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maaşlar artıb

Azərbaycanda maaşlar artıb
29.05.2020 11:40
Dövlət başçısının Sərəncamı ilə təsdiq edilən "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da bu hədəflərə doğru yeni mühüm addımların atılmasına və nailiyyətlərin əldə olunmasına imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Anews.az-a verilən məlumatda bildirilib ki, Prezidentin 2005-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)" uğurla icra olunub.

"Həmin Strategiyanın icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmaqla, əhalinin gəlirlərində 5,2 dəfə, minimum əməkhaqqında 3,5 dəfə, orta aylıq nominal əməkhaqqında 3,8 dəfə artıma nail olunub. Əmək bazarında inkişaf meyllərinin davamlı xarakter alması, məşğulluğun və ümumən iqtisadi fəallığın artırılmasına əlverişli şəraitin yaradılması, işçi qüvəsinin rəqabət qabiliyyətinin artırılması və digər vacib istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısının müvafiq Sərəncamları ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiqlənib. Həmçinin sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiyası məqsədilə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb".

Nazirlikdən o da bildirilib ki, Yeni Məşğulluq Strategiyası dövlət məşğulluq siyasətinin daha da güclənməsini və ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcək. Sənəddə əmək bazarında mövcud vəziyyət və inkişaf meylləri ətraflı təhlil olunmaqla, 2019–2030-cu illər üçün mühüm prioritet istiqamətlər əksini tapır.

"Bu prioritet istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi daxildir.

Həmçinin aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də yeni Məşğulluq Strategiyasının prioritet istiqamətlərindəndir. Strategiyada "DOST" mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi də yer alır. Bu da həmin xidmətlərin vətəndaşlara vahid standartlar əsasında, operativ və tam şəffaf müstəvidə, sadə prosedurlarla və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə təqdim olunmasına imkan verəcək".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsinin üç ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol