• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarında yeni attraksionlar - VİDEO

Bakı bulvarında yeni attraksionlar - VİDEO
29.10.2014 09:56
Bakı Bulvarına yeni attraksionlar gətirilir. Bununla da köhnələr yeniləriylə əvəz olunacaq.ANN.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Bulvar ərazisində uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə istismar müddətini başa vurmuş attraksionlar yenisiylə əvəz olunacaq. Artıq iki attraksion sökülüb və bu ilin sonuna qədər yeni attraksionlar gətiriləcək.İstismar müddətini başa vuran attraksionlar bir növ təhlükə mənbəyidir. Məhz bunları nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsi ərazisində istismar müddətinin başa vuran attraksionlar yenisilə əvəzlənir. Köhnə attrakstonların yerində müasir standartlara cavab verən attraksionlar quraşdırılacaq. Təzə attraksionlar İtaliyadan gətiriləcək. Köhnə karusellər artıq görtürülüb və onların yerində quraşdırılacaq yeni attraksionların bünövrəsi qoyulmağa başlayıb.“Bu ilin sonuna qədər, 4 attraksionun yerinə ən müasir və İtaliyada istehsal olunan yeni attraksionlar quraşdırılacaq. Artıq quraşdırılması nəzərdə tutulan attraksionların ölçüləri də məlumdur. Attraksionların bünövrələri hazırdır və ilin sonuna qədər onların istifadəyə verilməsi planlaşdırılıb”, – deyə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov qeyd edib.Nazim Sadıqov onu da bildirdi ki, yeni attraksionların gətirilməsinin qiymətlərə heç bir təsiri olmayacaq. Yəni qiymətlər əvvəl olduğu kimi qalacaq.“Yalnız 1-2 attraksion var ki, onlar 5 manatadır. Qalanlari isə 1 manatdan başlayır. Qimətlərdə dəyişiklik olmayacaq”.Dənizkənarı Bulvar İdarəsindən onu da dedilər ki, attraksionların təhlükəsizliyi hər zaman nəzarətdədir və tez-tez yoxlanılır. Həmçinin Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları attraksionlara baxış keçirir və onlara sertifikat verir. Hazırda Dənizkənarı Bulvar ərazisində 26 attraksion fəaliyyət göstərir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol