Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 1-2 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Baku World Challenge 2014" yarışları ilə əlaqədar olaraq Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmək tövsiyə olunur.
ANN.Az
























