• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” dilerlərinin illik toplantısını keçirib - FOTOLAR

“Nar Mobile” dilerlərinin illik toplantısını keçirib - FOTOLAR
28.10.2014 11:45
Bakı Biznes Mərkəzində “Azərfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) rəhbərliyi və mobil operatorun dilerlərinin iştirakı ilə ənənəvi illik toplantı keçirilib. Görüş zamanı 2014-cü ilin ilk on ayı ərzində əldə edilmiş nailiyyətlər müzakirə olunub, gələcək perspektivlər haqqında geniş fikir mübadiləsi aparılıb və yeni hədəflər müəyyən edilib. Qeyd edilib ki, bu müddət ərzində diler müqavilələrində müəyyən müsbət dəyişikliklər edilib, bonusların təqdim edilməsi prosesi və bu barədə dilerlərə mütəmadi məlumat ötürülməsi mexanizmi tənzimlənib, ödənişsiz Sim-kart dəyişmə layihəsi həyata keçirilib. Bundan başqa, bu dövrdə dilerlərin fəaliyyəti haqqında məlumat bazasını özündə əks etdirən “Dealer Web Interface” layihəsi başa çatdırılıb, hər bir dilerin şəxsi elektron “kabineti” yaradılıb. Eyni zamanda, “779” diler qaynar xəttinin iş planı təkmilləşdirilərək problemlərin həlli müddəti qısaldılıb. Bu il ərzində “1+1”, “Nar smartfonu”, “Galaxy S5” və “Nokia Lumia” kimi bir sıra yeni kampaniyaların keçirildiyi xüsusilə vurğulanıb. Tədbiri giriş sözü ilə açan “Azerfon” şirkətinin satış üzrə direktoru Leyla Nəsrullayeva mobil operatorun dilerlərinin fəaliyyətindən məmnun qaldığını bildirərək, yüksək nəticələrin əldə edilməsində onların xüsusi əməyi olduğunu vurğulayıb. L. Nəsrullayeva 2013-2014-cü illərin uğurlu satış nəticələrinə görə hər bir dilerə öz dərin minnətdarlığını bildirərək, bu tərəfdaşlığın daha sıx və davamlı olacağına, daha yüksək nəticələrin əldə ediləcəyinə inandığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Mobil operatorun 2015-ci ilə dair planları barədə söhbət gedərkən, eksklüziv diler dükanlarının yenilənməsinin və diler servis dükanlarında bir sıra dəyişikliklərin aparılmasının nəzərdə tutulduğu qeyd edilib. Sonda 2014-cü ildə ən yüksək nəticə göstərmiş dilerlərə mobil operator tərəfindən xüsusi mükafatlar təqdim edilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol