• $
  • €
  • ₽
  • ₺
  • £

34 rayona büdcədən pul verilməyəcək

34 rayona büdcədən pul verilməyəcək
10.11.2018 11:46


2019‐cu ildə ölkənin 34 şəhər və rayonu dövlət büdcəsindən dotasiya almadan öz büdcəsini müstəqil şəkildə formalaşdıracaq. Başqa sözlə, bu şəhər və rayonlar "xozraşot”a keçirlər, özləri qazanıb, özləri xərcləməlidirlər.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn ilin büdcə zərfində Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarının xərclərinin öz gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulub.

2019‐cu ildə Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri isə 21 milyon manat proqnozlaşdırılır.

Azərbaycanda rayonların inkişafında əsas istiqamət yerli potensialın gücləndirilməsidir, hətta hökumətin məqsədi investisiya layihələrinin, maliyyə xərclərinin belə yerli resurslar hesabına həyata keçirilməsinə nail olmaqdır. Aqropark və sənaye şəhərciklərinin yaradılmasında da yerli sahibkarların maliyyə imkanlarından istifadə edilməsi qərara alınıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin sözlərinə görə, rayonların reytinqlərinin tərtib edilməsinə başlanılıb və onların problemləri araşdırılır.

Bu, imkan verəcək ki, rayonların iqtisadi imkanlarının üzə çıxmaması səbəbləri araşdırılsın və qiymətləndirmə aparılsın. Hazırda müvafiq qurumlar rayonların inkişafına mane olan səbəbləri öyrənir və perspektiv sahələri, dəyər zəncirini araşdırır. Qərara alınıb ki, investisiya çatışmazlığı, infrastruktur təminatı, kənd təsərrüfatının inkişafına mane olan amillər öyrənilərək, inkişaf planları hazırlansın.

İqtisadçı hesab edir ki, rayonlara tətbiq edilən reytinq icra hakimiyyətlərini məsuliyyətli olmağa vadar edəcək:

"2017-ci ildə 30, 2018-ci ildə isə büdcədən 33 rayona vəsait ayrılması dayandırılıb. Həmin rayonlar artıq özlərini daxili imkanlar hesabına dolandırırlar. Bunun üçün hər bir rayon öz coğrafi-iqtisadi şəraitini nəzərə alaraq investisiya planlarını hazırlayıb həyata keçirməlidir”.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun hazırladığı investisiya reytinqlərinə əsasən, hazırda xeyli rayon öz daxili hesablarına maliyyə xərclərini ödəmək iqtidarındadır.

Sumqayıt, Şirvan, Mingəçevir, Gəncə, Lənkəran, Naftalan,  Abşeron, İmişli, Culfa, Bərdə, Ordubad, Qax, Bərdə, Siyəzən, Qazax, Xızı, Yevlax, Şəki, Zaqatala, Göygöl, Xaçmaz, Hacıqabul, Qusar rayonlarının iqtisadi konyukturu və ümumi iqtisadi vəziyyəti daha yaxşıdır. Bu rayonlarda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır.

Son dörd ildə dövlət subsidiyası olmadan özünü tam maliyyələşdirən rayonlar isə bunlardır: Sumqayıt, Abşeron, İmişli, Şirvan, İmişli, Naftalan. Bu rayonlar həm də vergi potensialına görə ən yaxşı iqtisadi rayonlar hesab olunur. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol