Taksi sürücülərinə xəbərdarlıq

Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
qurulub. Şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə
taksi xidməti göstərirlər. Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul
olan şəxslər qanunvericiliyə görə, nə qədər vergi ödəməlidirlər?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın
sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci
maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat
vasitələri ilə (beynəlxalq yük və sərnişindaşımaları istisna olmaqla)
Azərbaycan Respublikasının ərazisində sərnişin və yükdaşımalarını (o
cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər
şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin
ödəyiciləridirlər.
Vergiödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan
avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma
obyektidir. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, taksi ilə
sərnişin daşınmasını həyata keçirən vergiödəyiciləri üzrə
sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9
manatdır.
Həmçinin 220.6-cı maddəyə əsasən, yük və sərnişin daşınmasının
növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük
daşıyan vergiödəyiciləri üçün sadələşdirilmiş vergi həmin məcəllənin
220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə
aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
– Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;
– Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər
yaşayış məntəqələri arasında (220.6.1-ci və 220.6.2-ci maddələrdə
göstərilənlər istisna olmaqla) – 1,0.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























