Azərbaycanda 3 yaşınadək uşağı olanlara şad xəbər

Vergi tətbiqolunmada, sığortanın alınmasında köklü islahatların aparılması gözlənilir. Belə olan halda, qeyri-leqal məşğulluğun sığortaya cəlb edilməsi tendensiyası olacaq. Hətta sahibkarlar üçün sığorta faizlərinin aşağı salınması nəzərdə tutulur".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən müavinətin həcminin artırılması nəzərdə tutulur: "Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun da hazırlana bilər".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























