• $
  • €
  • ₽
  • ₺
  • £

“200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi” – Ekspert

“200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi” – Ekspert
12.11.2018 17:46
Mərkəzi Bankın 200 manatlıq pul nişanının təqdimat mərasimindən 6 ay keçir. Bəs, yeni əskinasın dövriyyəyə buraxılması nəyi dəyişdi?

Bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, 200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi.

"Başa düşdüyüm qədər, bu əskinaslar dövriyyədə çox deyil. Məsələn, mənim rastıma hələ düşməyib. Bazara da heç bir ciddi təsiri olmayıb. Əskinasın buraxılması bu günə deyil, gələcəyə hesablanmış addım idi. Bir tərəfdən, manatın dəyərdən düşməsinin etirafı idi. Amma manat hələlik o qədər dəyərdən düşməyib ki, ən iri əskinasımız 200 manat olsun. 100 manat təxmini 60 dollardır. Ölkələr var ki, ən iri əskinası heç 50 dollar deyil. Yəni heç bir ciddi problem yox idi onsuz da. Sadəcə Mərkəzi Bank başa düşür ki, uzunmüddətli perspektivdə (azı 3 il) manatın indiki dəyərini də qoruya bilməyəcək”,-deyə ekspert Ə.Həsənov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə neftin qiyməti böyük ehtimalla düşəcək, neft hasilatımız da azalacaq: "Deməli, valyuta gəlirlərimiz də azalacaq. Manatın dəyərinin itirilməsi qaçılmaz olacaq. Odur ki, necə deyərlər, indidən tədarük görürlər. Sadəcə bu il yaxşı məqam idi. Heydər Əliyevin 95, Cümhuriyyətin isə 100 illiyi. Növbəti yubiley 5 ildən sonra olacaq, manatın isə böyük ehtimalla o qədər vaxtı yoxdur. Buna görə də qabaqdan gəlmişlik etdi Mərkəzi Bank”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol