• $
  • €
  • ₽
  • ₺
  • £

Neft ucuzlaşır , devalvasiya ola bilər

Neft ucuzlaşır , devalvasiya ola bilər
24.11.2018 16:34


Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ciddi müzakirə mövzusuna çevrilib. Ekspertlər bunun heç yaxşı əlamət olmadığını hesab edir. Ötən gün "Brent” markalı neftin bir barrelinin qiyməti 4,44% azalaraq, 59,82 dollara düşüb. WTI markalı neftin qiyməti isə bir barrelə görə 6,04% azalaraq, 51,33 dollar təşkil edib. Bu isə "Brent” neftinin 2017-ci il oktyabrın 27-dən bəri ən aşağı qiyməti kimi qeyd olunub.

Dünyada neftin ucuzlaşmasını A24.Az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu ucuzlaşma ciddi şəkildə özünü hiss etdirir:
"Son bir ay ərzində dünyada neft 30 faizdən çox ucuzlaşıb. Bunun səbəbləri çoxdur. Ən ümdə səbəblərdən biri də siyasi-iqtisadi məsələlərdir. Siyasi səbəblər ondan ibarətdir ki, bir neçə ay öncə, ABŞ İrana qarşı sanksiya tətbiq edərkən neft statusuna da qadağa qoymağı açıqlamışdı. Amma bu, baş vermədi. Noyabrın 6-da sanksiyalar qəbul olunarkən 8 ölkəyə İrandan neft alınması üçün icazə verildi. Bu da neftin qiymətinə ciddi təsir göstərməyə başladı. Bununla da İran neftinin bazardan çıxması ehtimalı sıfırlandı. Bundan başqa, ABŞ prezidenti Donald Tramp neftlə bağlı öz mövqeyini nümayiş etdirdi. O, neftin qiymətinin çox yüksək olduğunu və Amerikanın bunun qarşısını alacağını bildirdi. Rəsmi Vaşinqtonun mövqeyi neftin qiymətlərinə ciddi təsir etdi”.

Ekspertin sözlərinə görə, dünyada neftin ucuzlaşmasına iqtisadi amillər də öz təsirini göstərib: "Oktyabr ayında dünya üzrə neft hasilatının rəqəmləri açıqlandı. Məlum oldu ki, Səudiyyə Ərəbistanı, Rusiya və Amerika hasilatını kəskin artırıb. Üç ölkə gün ərzində 1.5 milyon barrel artıq neft istehsal etməyə başlayıb. Bu da dünyada neft qiymətlərinə ciddi basqılar yaradıb və neftin qiymətinin aşağı düşməsinə səbəb olub”.

N.Cəfərli hesab edir ki, neftin qiymətinin sabitləşməsinin OPEC-in toplantısında veriləcək qərarla qismən bağlı olacağı gözlənilir: "Neftin qiymətinin ucuzlaşmasının nə zamana qədər davam edəcəyi haqda fikir bildirmək çətindir. Amma görünən odur ki, dekabrın 7-nə qədər, yəni OPEC-in toplantısına qədər davam edə bilər. OPEC toplantısında hasilatın azaldılması ilə bağlı qərar verilsə, neft qiymətinin sabitləşməsi, hətta bahalaşmasının şahidi ola bilərik”.

Ekspert qara qızılın ucuzlaşmasının davam edəcəyi halda, Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsirlər göstərəcəyini vurğulayıb. O, hətta devalvasiya riskinin artacağını da qeyd edib:

"Çünki Azərbaycan iqtisadiyyatı neftdən kəskin asılılığa malikdir. Gələn ilin dövlət büdcəsində büdcənin tam yarısı birbaşa neft fondundan əldə olunacaq. Yerdə qalan 50 faizin 15 faizi isə neft şirkətlərindən daxil olan vergi ödəmələrindən formalaşacaq. Yəni Azərbaycan iqtisadiyyatının neftdən asılılığı təqribən 65 faiz təşkil edir. Bundan başqa, Azərbaycanda xarici ticarətin 90 faizi neftin, neft məhsullarının və qazın payına düşür. Büdcənin gələnilki parametrləri 60 dollardan hesablanıb. Ötən gün Londonda birja bağlanarkən neft 58.8 dollarla hesablandı. Əgər neftin ucuzlaşması belə davam edərsə, ölkənin büdcə gəlirlərinin formalaşmasına, xarici ticarətin dövriyyəsinə, xaricdən gələn valyuta ehtiyatlarının həcminə ciddi təsir göstərəcək. Eyni zamanda, bu, iqtisadiyyatın zəifləməsinə və manata olan basqıların artmasına da təsirini göstərəcək. Hətta deyə bilərəm ki, neft 50 dollara qədər ucuzlaşsa, devalvasiya riski daha da artacaq”.

Qeyd edək ki, 2019-cu ildə "Brent” markalı neftin orta qiymətinin 75,50 dollar/barrel olacağı proqnozlaşdırılır. Yeni proqnoza əsasən, "Brent” neftinin 2018-ci il üzrə orta illik qiyməti 73,91 dollar/barrel olacaq.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol