• $
  • €
  • ₽
  • ₺
  • £

Xidməti müqavilədə işləyənlərə daha bir zərbə – VERGİLƏR ARTIR

Xidməti müqavilədə işləyənlərə daha bir zərbə – VERGİLƏR ARTIR
24.11.2018 21:23


Azərbaycanda xidməti müqavilə ilə işləyənləri gələn ildən ciddi problemlər, daha dəqiqi böyük xərclər  gözləyir.

FED.az xəbər verir ki, 2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlər böyük vergilərlə yanaşı, DSMF-ə böyük ödənişlər də etməli olacaqlar.

Belə ki, «Sosial sığorta haqqında» qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.

Xatırladaq ki, indiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20%-ni, yəni 26 manat  təşkil edirdi.

Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olaraq  25% təşkil edəcək.

Baş verəcək dəyişikliyi misalla izah edək:

Bakıda xidməti müqavilə ilə çalışan və ayda 600 manat həcmində ödəniş alan şəxs, indiyədək DSMF-ə hər ay 26 manat ödəyirdi. Gələn ildən isə bu məbləğ ayda 150 manata yüksələcək.

Bundan başqa, indiyədək həmin şəxs, sadələşdirilmiş vergi ödəyicisi kimi, ödənişin (yəni 600 manatın) 4%-i həcmində, yəni 24 manat vergi ödəyirdi. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, isə gələn ildən həmin şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.

Başqa sözlə, xidməti müqavilə ilə işləyib ayda 50 manat vergi və DSMF pulu ödəyən şəxsin ödənişləri, dəyişkliklərdən sonra ayda 180 manata yüksələcək.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol