• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yumurta qıtlığı gözlənilir - TƏHLİL

Bakıda yumurta qıtlığı gözlənilir - TƏHLİL
04.12.2018 09:15
Sosial şəbəkələrdə və bir sıra xəbər portallarında paytaxt Bakıda yumurta qıtlığının yaranması ilə bağlı məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Anews.az-a açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, bu haqda məlumatı mətbuatdan oxuyub, ölkəmizdə kifayət qədər yumurta istehsal edən broyler şirkətləri var və hətta belə bir problem yaransa bu məhsulu qonşu dövlətlərdən idxal edə bilərik:

"Hətta bizim ehtiyacımız olsa belə İran və Türkiyədə bu məhsulların yetəri qədər idxal potensialı  var. Onların valyutasının bu il ərzində manat qarışısında dəyər itirməsi, sözügedən məhsulların idxal olsunmasını daha da ciddi formalaşdırır. Düzdür hökumət tərəfindən yumurtanın idxal vergisi artırılıb. Əgər çatışmamazlıq olsa ən azından hökümət tətbiq etdiyi vergini azalda bilər. Yumurtanın və toyuq ətinin əlavə vergi ödənilməsi ilə bağlı qərar var. Bazarın  qaydalarına görə, Azərbaycanın kifayət qədər emal  və  istehsal imkanları var. Azərbaycan bazarında quş əti və yumurta istehsalı sahəsində hansısa çatışmamızlığı və ya satışının  sıxıntı yaradacağı mənə inandırıcı gəlmir". 

Cəfər İbrahimli onu da əlavə edib ki, quşçuluq sahəsində digər kənd təsərrüfat sahələri ilə müqayisədə tələfat daha çox olur.

"Tələf olmaq baxımından kənd təsarrüfatı ilə bağlı heyvandarlıq növlərindən fərqli olaraq, quşçuluqda tələf olmaq riski çox yüksəkdir. Amma Azərbaycanda yaxın bir ildə hər hansı kütləvi xəstəlik qeydə alınmayıb. Quş qiripi və sair yüngül xəstəlikdir. Bu işlərə nazarət edən qurum  var". 

Ekspert həmçinin yemin qiymətinin kəskin şəkildə artığını da qeyd edib:

"Azərbaycanda son dönəmdə yemin qiyməti kifayət qədər artıb. Qiymət artımı bununla əlaqəlidir ki, Azərbaycanda  son vaxtlar məhsulların maya dəyəri yüksəlib, xərclər artıb. Xərclərin artması  istər-istəməz mal və xidmətlərin dəyərinə təsir edir.

İkinci məsələ odur ki, əvvəllər Azərbaycanda daha çox buğda və arpa məhsulları əkilirdi, digər sahələr o qədər də stimullaşdırılmış deyildi. Bu gün bu səhələrin də stimillaşdırılması, sahələrdə  pambıq və şəkər çügündürünün əkilməsi hallarını artırıb və nəticədə dənin qiyməti bahalaşıb.   Bununla paralel olaraq pambıq və yaxud  şəkər çuğundurunun  çox olması da yem bazasının yaxşılaşmasına müsbət təsir edir. Çünki nəticədə onların son halı quşçüluq, hətta maldarlıqda yem kimi istifadə olunur. Bu aspektən yanaşanda dənli bitkilərin qiymətində artım müşahidə olunur. Bu da ola bilsin ki, yumurtanın qiymətinin artmasına səbəb olur". 

Bu sahə monopoliyada olduğu üçün limit yaranır və ya qiymətlərdə tez-tez dəyişiklik olur? sualına cavabında ekspert bildirib ki, Azərbaycanda süni qiymət artımı uzun illərdir ki, müzakirə edilir:

"Mənim ümumiyyətlə bu hadisəyə baxışım sərtdir. Azərbaycan sərbəst bazar iqtisadiyyatına keçmiş bir ölkədir. Yəni dövlətin siyasəti var. Dolayısıyla sərbəst bazar iqtisadiyyatı işləyən ölkədə süni qiymət artımı olmaz. Burda bu və ya digər şəkildə ölkənin siyasəti var. Tənzimlənir. Burda hansısa sahədə hansısa bir şəxsin, və ya hansısa sahə çox riskli olduğu üçün kimsə investisiya eləməyib ora, bir və ya iki şirkət işləyirsə bu da açıqçası çox da monopolist hərəkətlərə girməz. Diqər adamlar investisiya eləmək istəmir, kimsə də quşçuluq sahəsinə investisiya edir və bu gündə də quş əti bazarı, toyuq əti  və ya yumurtası kiminsə əlindədirsə bu o qədər inhisar hadisəsi deyil. Azərbaycanda istənilən adam istənilən regionda toyuq ferması qura bilər, heç kim də sən bunu "eləmə" demir". 

Cəfər İbrahimli sonda əlavə edib ki, yumurtaya limit qoyulmasının həm də bu məhsulun topdansatıcılarının onu  anbarda saxlamaları və bir müddət sonra daha baha qiymətə satmaq istəkləri ilə bağlı  ola bilər: 

"Malı satmırlar. Qiymət qalxacağı gözləntiləri var, hər şey ola bilər bu biznesdir. Adamlar təhlil edirlər və daha çox gözləməyi seçirlər ki, qiymət qalxacaq daha baha satsınlar. Bu mümkün variantdır. Bu da iqtisadi qanunlar çərçivəsindədir. Heç kim onlara depodakı yumurtaları get bu gün çıxart sat deyə bilməz. Adamın özünün gözləntiləri və strategiyaları var. Ola bilsin ki, konkret quş əti və yumurta ilə bağlı çatışmazlıq və ya limit söhbəti olsun. İlin sonuna doğru gözlənti var.  Mən bunu iddia etmirəm ki, hardasa yumurtanı limitlə satırlar, amma bu varsa  mən deyirəm ki, gözlənti ola bilər. Topdan satanlar pərakəndəçilərin qısa müddətli gözləmə mövqeyindən qaynaqlanan 5-10 günlük çatışmazlıq görünə bilər. Bu da qorxulu bir şey deyil. Bu gözləntilər özünü doğrultmasa, qiymət artmasa, valyutada da heç bir dəyişiklik olmasa 10-15 gün sonra məcbur olub bazara çıxardıb satacaqlar".

Minirə Qubatova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol